Dermatoloq Mehdi İskəndərli / Dəri və zöhrəvi xəstəlikləri mütəxəssisi

Uzman Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoloq Uzman Dr. Mehdi İskəndərli.







Dermatoloq Uzman Dr. Mehdi İskəndərli MD, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində ali təhsilini tamamlamışdır. 2009-2010-cu illərdə Sumqayıt Şəhər Ruhi-Əsəb Dispanserinde Həkim Psixiatr ixtisasını əldə etmişdir. 2011-2015-ci illərdə Türkiyənin İzmir şəhəri, Ege Universiteti Tibb Fakültəsi Dəri ve Zöhrəvi Xəstəlikləri kafedrasında rezidentura keçərək dəri həkimi yəni, dermatoveneroloq ixtisasına yiyələnmişdir. Rozasea xəstəliyi ilə elmi araşdırması müdafiə etdiyi elmi işin əsas mövzsusu olmuşdur. Rozaseanın müalicəsi zamanı IPL cihazının rolu haqqında elmi işi münsiflər tərəfindən qəbul edilmişdir. 

Dermatoloq Mehdi İskəndərli rezidentura sırasında dəfələrlə Türkiyədə, Avropada, Kanadada ve ABŞ-da təşkil olunan beynəlxalq elmi konfranslarda və elmi seminarlarda iştirak etmişdir. ABŞ-da, Avropada və Türkiyədə təşkil olunan elmi konfranslarda şifahi elmi məruzələrlə çıxış etmişdir. 2015-cil ildə Kanadanın paytaxtı Vankuverdə keçirilən 23-cü dünya dermatologiya konqresində hələ rezident ikən ‘‘Overlap of bullous pemfigoid and pustular psoriasis” adlı şifahi elmi məruzə təqdim etmişdir. Elmi məqalələri Avropanın ve Türkiyənin nüfuzlu jurnallarında dərc edilmişdir. ”A case of Bannayan–Riley–Ruvalcaba syndrome. A new clinical finding and brief review” məqaləsində ilk dəfə genetik dəri xəstəliyinin yeni klinik əlamətini təsvir etmişdir. Mehdi doktorun ”Pemphigoid diseases as a sign of active psoriasis. A case report and brief review” məqaləsi inglisi dilindən alman dilinə tərcümə edilərək yenidə çap edilmişdir. 

Dəri həkimi Mehdi İskəndərli Avropanın ən seçilmiş rezidentlərinin qəbul edildiyi ”Euorderm Excellence” rezident konqresinə daxil olan ilk və yeganə azərbaycanlıdır.  Avropa Dermatovenerologiya Akademiyasının (EADV) ”John Stratigos Memorial Scholarship” qrantının qalibidir. Amerika Dermatologiya Akadmeiyasının ”Strauss & Katz Fund Scholarship” qrantını əldə edib. Fransanın Nice şəhərində keçirilən ”Dermatoonkologiyanın Diaqnostikasında Müasir Yanaşma” kursunda təqdim etdiyi kliniki hal ən yaxşı üç mühazirədən birisi seçilmidir və mükafatlanıdırlmışdır. 2017-ci ildə Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalının dermatologiya kafedrasında üç aylıq ixtisasartıma keçmişdir. Türkiyənin, Avropanın və ABŞ-ın dermatovenerologiya cəmiyyətlərinin təqaüdləri ilə təltif edilmişdir. Türkiyənin, Avropanın və ABŞ-ın dermatovenerologiya cəmiyyətlərinin üzvüdür. İngilis, Rus ve Türk dillərində sərbəst danışır. Hal-hazırda 2016-cı ildən etibarən ölkəmizdə müstəqil uzman həkim olaraq tibbi fəaliyyətini davam etdirir. 


HAQQIMIZDA


Doktor ilə görüş vaxtı təyin et

İŞ SAATLARI




Doktor ilə əlaqə yarat

ƏLAQƏ MƏLUMATLARI









ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN