Kutanoz Klinika / Dəri və Zöhrəvi Xəstəlikləri Mərkəzi

Pediatrik Dermatologiya

Pediatrik grupda rast gəlinən uşaq dəri xəstəlikləri haqqında ümumi məlumat





Dermatoloqlar hər yaşda olan insanların dəri xəstəliklərinin diaqnoz, müalicə və profilaktikası ilə məşquldurlar. O cümlədən pediatrik populasiyanın dəri, selikli qişa, dırnaq və saç problemlərinin həllində yaxından iştirak edirlər. Cünki, pediatrik populasiyanın neonatal dönəmdən tutmuş yeniyetməlik dövrünə qədər müddətdə dəridə müxtəlif çeşiddə dermatoloji problemlər yarana bilər. Onların bir qismi pediatrik mərhələnin müvəqqəti xəstəlikləridirlər. Yəni, uşaq böyüdükdən sonra bir daha təkrarlamır. Bəzi dəri xəstəlikləri isə irsi xarakterdə və ya xroniki olduğu üçün əlamətlər ömrünün sonuna qədər davam edir. Bu baxımdan uşaqlarda yaranan qızartı, qaşıntı, qabarma, qabarcıqlar, suluqlar, axıntı, ləkələr, saçtökülmələr, törəmələr, xallar və s. yaranarsa onlara qarşı biganə qalmamaq lazımdır, vaxtında dermatoveneroloqa müraciət etmək lazımdır. Bəzi dəri xəstəliklərinin diaqnostikası üçün uşağın dərisindən biopsiya da götürülə bilər. Pediatrik dermatologiya sahəsinin əsas predmeti yuxarıda sadalanan uşaq dəri xəstəliklərinin müalicə və profilaktikasını təşkil etməkdir.

Diaqnoz dəqiqləşəndən sonra həkim xəstəyə ömür boyu tədbiq etməli olacaq müalicə və profilaktik tədbirlər planı təyin edə bilər. Dəriyə tədbiq etmək üçün təyin edilən nəmləndiricilər müvəqqəti xarakterdə ola biləcəyi kimi, ömürlük sürtülməsi də məsləhət edilə bilər. Pediatrik dəri xəstəlikləri bəzən sindromik xarakter daşıya bilər. Yəni, ilkin əlamətlər dəridə müxtəlif formalı səpgi, ləkə, törəmə və s. şəklində başlayıb zamanla daxili orqanlarda patoloji halların meydana gəlməsi ilə nəticələnə bilər. Belə olan halda xəstədə multidisspilinar vəziyyət yarandığı üçün pasiyent həm dermatoloq, həm pediatr, həm də uşaq cərrahı tərəfindən nəzarətə götürülə bilə və müvafiq müalicələr aparıla bilər. Belə olan halda pediatr xəstəni dermatoloqa məsləhətləşmələr üçün istiqamətləndirə bilər. Eyni zamanda dermatoveneroloq pasiyenti əlavə məsləhətləşmələr üçün xəstəni pediatra və uşaq cərrahına yönəldə bilər.



DERMATOLOGİYA


Doktor ilə görüş vaxtı təyin et

İŞ SAATLARI




Doktor ilə əlaqə yarat

ƏLAQƏ MƏLUMATLARI







Həkimə sualınız var və ya görüş təyin etmək istəyirsiniz?

PEDİATRİK DERMATOLOGİYA İLƏ BAĞLI DAHA ÇOX ÖYRƏN





ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN