Dəri daxili orqanların və insan ruhunun aynasıdır. Bəli məhz bəzi dəri xəstəlikləri daxili orqanlardakı və psixiki xəstəliklərin xəbərçisi kimi özünü göstərir. Bir çox dəri xəstəlikləri daxili orqanların və psixiatrik xəstəliklərin fonunda yaranır. Belə olan halda peşəkar dermatoloq ilk əvvəl dəri xəstəliyinin son diaqnozunu qoymalıdır. Yalnız bundan sonra dəri, saç, dırnaq, ağız boşluğu xəstəliyinin sistem problemləri fonunda yarandığın ehtimal etmək olar. Bu zaman dəri həkimi xəstədən laborator, radioloji, mikrobioloji, genetik və s. kimi testlər tələb edə bilər. Əfsuslar olsun bir çox xəstələr dəridə yaranan adi qızartılardan dolayı dermatoloq olmayan ixtisas həkimlərinə müraciət edərək problemin həllini daxili xəstəliklərin araşdırmasında görür. Lakin qeyd etmək lazımdır dermatoloq olmayan digər ixtisas həkimləri dəri xəstəliklərinin diaqnostikasını aparmadıqları üçün xəstələr uzun müddət müalicəsiz qalır və nəticədə xəstəlik irəlləmiş olur. Odur ki, bilmək lazımdır ki, dəri xəstəliklərinin daxili xəstəliklərlə əlaqəsini yalnız dermatoloq dəri xəstəliyinin son diaqnozunu qoyandan sonra qurur.
Bütün hüquqlar qorunur
Bütün hüquqlar qorunur