Sual – Cavab

Tez-tez verilən suallar

Bu səhifədə soydaşlarımız tərəfindən tez-tez verilən suallara cavab verilir.





Suallara cavab

Ən çox verilən suallar

Sosial mediada həmvətənlərimiz tərəfindən verilmiş məzmunca eyni sualların cavabını bu səhifədə veririk

  • Sızanaq müalicəsi neçəyədir ?
  • Üzümdə xal var neçəyə götürürsüz ?
  • Psoriaz tam sağalır ?
  • Cinsi papilomaları necəyə yandırırsız ?
  • Gəlmədən əvvəl hansı anlizləri verim ?
  • Gənə müalicəsi aparılır ?
  • Anamın ayağında qızartılar var. Bu dəri xəstəliyidir yoxsa daxildən gəlir ? Bilmirəm hansı həkimə gedim
Sızanaq müalicəsi neçəyədir ?

Heç bir xəstəliyin müalicə məsrəflərini xəstəni müayinə etmədə təyin etmək mümkün deyildir. Sızanaq və ya akne xəstəliyi standart kosmetoloji prosedurlara tabe olan dəri problem deyil ki, onların vahid qiymət paketi olsun. Xəstəliklərin ağırlığına, növünə, yanaşı gedən problemlərə görə xəstədən xəstəyə müalicə məsrəfləri dəyişir. Kutanoz Klinikada sızanaq müalicəsi digər kosmetoloji mərkəzlərdəki kimi standart proseduralar ilə müalicə edilmir. Bizim klinikada akne bir xəstəlik kimi qəbul edilir və müalicəsi üçün daxilə və xaricə tətbiq edilən dərmanlar istifadə edilir. Ehtiyac olduğu təqdirdə xəstə testlərdən də keçirdilir. 

Üzümdə xal var neçəyə götürürsüz ?

Xalların götürülməsi sadə və standart prosedur olmadığı üçün bu sualın standart cavabı ola bilməz. Kutanoz Klinikada xallar və törəmələr öncə dermatoskopik müayinə edilir. Lazım olduğu təqdirdə dəri biopsiyası icra edilir. Xalın və dəri şişinin mənşəyi təyin edildikdən sonra onun götürümə üsuluna qərar verilir. Götürülmə üsuluna görə isə tibbi məsrəflərin qiyməti meydana çıxır. Digər kosmetoloji mərkəzlərdəki kimi xallar necə gəldi, ucdantutma lazer ilə yox edilmir. Cünki, bəzi xallar var onları dondurmaq lazımdır, bəziləri var koterizə edilir, bəziləri var yerli müalicə ilə həll edilir. Bəziləri yalnız tikişli cərrahi yolla yox edilməlidir. Bəzilərinə isə ümimiyyətlə toxunmaq olmaz. 

Psoriaz tam sağalır ?

Psoriaz və ya pullu dəmrov xəstəliyi xroniki xəstəlik olduğu üçün dalğavari gedişata malikdir. Zamanla kəskinləşir, zamanla sakitləşir. Xəstəliyin əlamətlərini və fəsadlarını tam yox etmək mümkündür. Xəstəliyi uzun müddətliyinə itirmək olur. Səpgilərsiz və qaşıntısız xəstələrə bir həyat bəxş etmək mümkündür. Hətta xəstələrə psoriaz olduqlarını belə unutdurmaq mümkündür. Bu xəstələr ümidsiz qalmamlıdırlar. 

Cinsi papilomaları necəyə yandırırsız ?

Cinsi papillomaların mənşəyi təyin edilmədən heç bir tibbi məsrəfləri öncədən təyin etmək olmur. Genital bölgədə papillomatoz dəri törəmələri müxtəlif cürdür. Onların sayı, ölçüsü, yerləşdiyi nayihə, mənşəyi məsrəflərə təsir edir. Ona görə xəstə ilk əvvəl Kutanoz Klinikada peşəkar dermatoloq tərəfindən müayinə edilir. Cinsi papillomanın növü ortaya qoyulur. Onda sonra müalicə üsuluna və təxmini seans sayına qərar verilir. Bundan sonra məsrəflər aydın olur. 

Gəlmədən əvvəl hansı anlizləri verim ?

Analizləri yalnız həkimin özü xəstə müayinəsindən sonra təyin edə bilər. Xəstə görülmədən, şikayətlər dinlənilmədən, ilkin diaqnoz qoyulmadan hər hansı bir analiz təyin edilə bilməz. Bunun əksini edənlər həkim təyinatı olmadan verdikləri analizləri bihudə olur. Əksər hallarda həkim müayinədən sonra əlavə analizlər də təyin edir. Bəzi dəri xəstəlikləri var ki, həkim heç bir analiz təyin etmir. Bir başa müalicə təyin edir. Odur ki, Kutanoz Klinikada həkim qəbuluna hər zaman ac qarına gəlmənizi tövsiyyə edirik. Cünki, analizlər müayinədən sonra təyin edilə bilər. 

Gənə müalicəsi aparılır ?

Gənə adında dəri xəstəliyi yoxdur. Gənələrin törətdiyi dəri xəstəlikləri çoxdur. Hər bir xəstəliyin öz adı vardır. Lakin, gənə xəstəliyi adı ilə soydaşlarımız daha çox gənclik sızanaqları və ya akne problemini nəzərdə tuturlar. Bir çox həkimi olmayan kosmetoloji mərkəzlərdə akne probleminə gənə adı verərək soydaşlarımızda çaşqınlıq yaradırlar. Əslində isə akne xəstəliyinin yaranmasında gənələrin rolu yoxdur. Lakin, Kutanoz Klinikada gənə parazitinin törətdiyi hər bir dəri xəstəliyi müalicə edilir. Bundan əlavə akne və ya sızanaqların da müalicəsi aparılır. 

Anamın ayağında qızartılar var. Bu dəri xəstəliyidir yoxsa daxildən gəlir ? Bilmirəm hansı həkimə gedim

Dəri insanda olan ən böyük orqandır. Dəri təpədən dırnağa qədər bütün bədəni bürümüşdür. Dermatoloqun vəzifəsi dəridə, saçlarda, dırnaqlarda, ağız boşluğunda yaranan hər bir sağlıq probeminin müayinəsini, diaqnostikasını, müalicəsini və profilaktikasını təşkil etməkdir. Əgər bir insanın dərisində hər hansı bir yerdə şikayəti varsa bir başa dəri həkiminə müraciət edə bilər. 


Qrafik

İş saatları

Həkim qapısı qarşısında xaotik yumru pasient topasının qarşısını almaq üçün və göstərdiyimiz tibbi xidmətin keyfiyyətini yüksəltmək naminə xəstələrə 15 dəqiqəlik aralarla qəbul saatları təyin edilir. Bunun üçün xəstələrdən müayinəyə gəlmədən əvvəl yazılmalırını istirham edirik.



Vaxtınız düz gəlmir ?

Xəstələrin rahatlığı üçün onlara uyum göstərməyə çalışırıq


RANDEVU VAXTINI TƏKLİF ET
Mesaj yazın

Sualınızı verin

Kutanoz Klinikada tibbi xidmətin təşkili ilə əlaqəli sizi maraqlandıran suallar yönəldə bilərsiz


Address

Bakı, Atatürk prospekti 203



Zəng

(051) 444 66 44



Whatsapp

(051) 444 66 44